Agentlik haqda
Model Agentliyi “Fashion Model School” Azərbaycanın aparıcı model agentliyidir. Agentlik 2005-ci ildə Lyubov Gutorova tərəfindən təsis edilmişdirAgentlik Azərbaycanda moda biznesinin bütün sahələrində calışır. Beynəlxalq model agentlikləri və peşəkar musabiqələr və gözəllik müsabiqələri ilə əməkdaşlığı nəzərdə tutulur. “Fashion model school by Lyubov Gutorova “-agentliyinin modellərinə moda və reklam sahəsində daima tələbat vardır. Dizayner və butiklərin moda nümayişi , jurnalların üz qabığında , video ve foto reklamlarlarda , şou-proqramlar , təqdimatlar və yarışlarda iştirak edirlər. Agentlik artıq bir neçə ildirki «Miss Azərbaycan» «Best Model of Azerbaijan» kimi müsabiqələrin təşkilində fəal iştirak edir və müsabiqənin qalibləri ölkəmizi beynəlxalq müsabiqələrdə təmsil etmək şansı əldə edirlər.
Agentlik həmişə ciddi müştərilər və tərəfdaşlarla əməkdaşlıq etməyə hazırdır. Agentliyin və model məktəbinin peşəkar iş fəaliyyəti ilə agentliyimizdə tez-tez yeni simaları görə bilərsiniz.Agentliyin kollektivi model biznesində keyfiyyətə yönəlmiş xidmətləti ilə müştəriləri təmin edir.