XİDMƏTLƏRİMİZ

İzlənmə Sistemi – təhlükəsizliyi təmin etmək və avtomobillərin və ya digər daşına biləcək subyektlərin oğurlanmasının qarşısını almaq üçün ən etibarlı vasitədir!

GPS izləmə sistemi Sizə real zaman rejimində bütün nəqliyyat vasitələrinin yerini və məsafə, yanacaq miqdarı, mühərrik istismarı, temperatur rejimi kimi önəmli göstəriciləri izləməyinizə imkan verir. Sistemin ən əsas üstünlüklərindən biri – reys zamanı baş verən gözlənilməz hadisə və ya qayda pozuntusu haqqında anında bildiriş siqnalının göndərilməsidir. Sürət həddinin aşılması, temperatur rejiminin dəyişilməsi, yanacağın boşaldılması, yükün icazə olmayan yerdə açılması zamanında bu haqda ilk Siz xəbərdar olacaqsınız! Sistem Online, SMS və ya e-mail vasitəsi ilə dərhal Sizə bu haqda xəbərdarlıq göndərəcək.

FMS.az ŞİRKƏTİ BİZNESİNİZİ TƏHLÜKƏSİZ VƏ KOMFORTLU ŞƏKİLDƏ İNKİŞAF ETDİRMƏYİNİZ ÜÇÜN GÖSTƏRİLƏN XİDMƏTLƏRİ YÜKSƏK KEYFİYYƏTDƏ TƏQDİM ETMƏYƏ HƏR ZAMAN HAZIRDIR.
  • Mühərrikin bloka salınması
  • Yükün yoxlanılması
  • Hərəkət şərtlərinə riayət
  • Sürücülüyün qiymətləndirilməsi
  • Foto hesabatların təqdim olunması
  • Sərnişin daşımalarının video hesabatı
  • Yanacaq səviyyəsinin ölçülməsi
  • Ödəniş terminallarının təhlükəsizliyi
  • Qəzaların qarşısının alınması üçün intellektual sistem
  • Sistemin digər subyektlərə quraşdırılması
  • Ruptela FM-Eco4
  • Ruptela FM-Pro4
  • Teltonika FMB900
  • Teltonika FMB920

BİZİM XİDMƏTLƏRİMİZ

GPS sistemi çox elastikdir və istənilən imkanları sistemə daxil etməyinizə icazə verir.

Bu funksiya sürücüdə elektron açarın və ya dispetçerin icazəsi olmadan avtomobilin işə salınmasına qadağa qoyur. Nəqliyyat vasitəsinin nə zaman işə salınmasına tam nəzarəti təmin edir. Beləliklə nəqliyyatın məqsəddən kənar istifadəsi problemi aradan qaldırılır.

Bu funksiya yükün harda və nə zaman açıldığını və yoxlanıldığını göstərir. Elektron plombla təchiz olunmuş qoşqu və konteynerlərin açılması zamanı bu haqda bildiriş siqnalı verilir. Beləliklə, izləmə sistemi yükün icazəsiz açılmasının qarşısını alaraq yükün nəzarət altında saxlanılmasını və təhlükəsizliyini təmin edir.

9 9

Bu funksiya vasitəsi ilə temperatur, nisbi rütubət və atmosfer təzyiqi rejimlərinə nəzarət olunaraq tez xarab olan məhsulların təyinat nöqtəsinə tələb olunan rejimdə, tam təhlükəsiz şəkildə çatdırılması təmin olunur. Həmçinin sistem təhlükəli maddələrin və incə məhsulların daşınma şərtlərini izləyərək sürücü tərəfindən bütün daşınma qaydalarına riayət edilməsini təmin edir. Daşınma rejimi və şərtləri dəyişilən və ya dəyişdirilən tədqirdə sürücüyə xəbərdarlıq siqnalı verilir.

Sürücülərin reytinqi hərəkət qaydalarının pozulması, sürətin aşılması və təhlükəli manevrlərin sayı üzrə müəyyən edilir. Bu göstəricilər işə daha məsuliyyətli və peşəkar əməkdaşların cəlb olunmasını, işinizin keyfiyyətli şəkildə həyata keçirilməsini və nəticə olaraq müştəri etibarını qazanmağınızı təmin edir.

Bu funksiya nəqliyyat vasitəsi və yük üzərində nəzarəti asanlaşdıran ən çox istifadə olunan funksiyalardan biridir. Foto hesabatlar qeyd olunan zaman intervalı ilə, operator komandası ilə, qayda pozuntuları aşkar edildiyində və ya digər üsullarla həyata keçirilir. Daha çox logistika və yükdaşıma xidmətlərinin nəzarəti üçün istifadə olunan bu funksiya həm təhlükəsizliyi, həm xidmət keyfiyyətinin artırılmasını, həm də əməkdaşlar tərəfindən qayda pozuntularının aşkar edilməsini təmin edir.

] ]

Sərnişin daşıması zamanı video çəkilişin aparılması gediş zamanı təhlükəsizliyin təmin olunması, nəqliyyatın hər hansı bir zərərdən qorunması, qəza zamanı hadisələr ardıcıllığının əks etdirilməsi, xuliqanlıq və ya digər qayda pozuntularının qarşısının alınması üçün istifadə olunur.

g g

Yanacaq sərfiyyatının ölçülməsi bütün nəqliyyat vasitələrində və yanacaq daşıma rezervuarlarında real zaman rejimində yanacağın istifadəsini izləyir, yanacağın boşaldılması və ya bitməsi zamanı Sizə anında bildiriş siqnalını göndərir. Həmçinin sistem yanacağın səviyyəsi, kütləsi, ümumi temperatur rejimi və göstəricilərin dəyişilməsi haqqında Sizə hesabat təqdim edir. Beləliklə bu sistem vasitəsi ilə yanacağın istifadəsini, təhlükəli maddələrin daşınmasını və saxlanılmasını nəzarət altında tutmaq mümkün olur.

~ ~

Bankomatlarda və ödəniş terminallarında təhlükəsizliyin qorunması üçün bərk zərbələrə, əymələrə, yerindən tərpədilmələrə və digər oğurluq cəhdlərinə qarşı dərhal diqqət çəkən və cinayətkarları qorxudan möhkəm həyəcan siqnalı verilir. Sistem həmçinin bankomatı xarici elektrik təchizatından ayırma cəhdi, yanğın zamanı və digər cəhdlər zamanı işə düşür. Həyəcan siqnalı zamanı foto çəkiliş funksiyası aktivləşir. Təhlükəsizliyi qorumaq məqsədi ilə sistem tərəfindən eyni anda üç fərqli nömrəyə bildiriş göndərilir.

Qəzaların qarşısının alınması üçün intellektual sistem kompleksinə video sensorlar və displey yerləşdirilir. Sistem vasitəsi ilə yol vəziyyətinin qiymətləndirilməsi həyata keçirilir və təhlükəli hallar zamanı sürücüyə bildiriş göndərilir. Sistem onlarla təhlükəli vəziyyəti qeydə alaraq diqqətini itirmiş sürücünü məlumatlandırır. Təqdim olunan proqramın iş alqoritmi fasiləsiz olaraq real zaman rejimində fəaliyyət göstərir.

Sistemin əsas üstünlüklərindən biri odur ki, izləmə cihazını yalnız nəqliyyat vasitələrinə deyil, həmçinin digər daşına biləcək subyektlərə quraşdırmağa və onları izləməyə icazə verir.

iButton cihazlarının hər biri unikal ID koda malikdir və bu kod açar istifadəçisini müəyyən etməyə imkan verir. Sürücü mühərriki işə salmaq istədiyi zaman plastik kart və ya jeton formalı açarı iButton cihazına yaxınlaşdırır. Dispetçer hansı sürücünün hansı nəqliyyat vasitəsini idarə etdiyi haqda məlumat alır. Bu cihaz daha çox 24 saat iş rejimində fəaliyyət göstərən, sürücüləri növbə ilə işləyən avtopark sahibləri tərəfindən istifadə olunur.