Ruptela FM-Eco4

FM-Eco4 – əsas funksiyaların yerinə yetirilməsi üçün nəzərdə tutulmuş, nəqliyyat vasitələrinin yerini, sürətini, marşrutunu, yanacaq səviyyəsini və digər parametrləri nəzarət altında saxlamaq məqsədi ilə quraşdırılan GPS/Glonass cihazı. Qurğu IP67 müdafiə sinifinə müvafiq tozdan və sudan qorunma sisteminə malikdir və müxtəlif əlverişsiz ətraf mühit şəraitlərində belə etibarlı istifadəsini təmin edir. FM-Eco4+ versiyasında cihazın daxili enerji təchizatı mövcuddur, bu da cihazın xarici elektrik təchizatdan ayrılması zamanı məlumatı ötürməyə davam etməsini təmin edir. Standart versiyalardan biri sayılmasına baxmayaraq, bu model yüksək mexaniki və texniki göstəriciləri ilə fərqlənir.

  • Sürücünün idarə etmə tərzinə nəzarət
  • Temperatur rejiminə nəzarət
  • Sürücünün qeydiyyatı və identifikasiyası
  • Mühərrikin uzaq məsafədən bloka salınması
  • Daxili geozonalar (Internal Geozones)
  • GSM siqnalının müəyyən edilməsi
  • Müxtəlif SMS funksiyalar