Ruptela FM-Pro4

FM-Pro4 – yük maşınları, kənd təsərrüfatı maşınları, inşaat texnikası və digər ağır yük nəqliyyat vasitələrində istifadə üçün nəzərdə tutulmuş müasir GPS-treker. Cihaz nəqliyyatın yerini müəyyən etməklə yanaşı iş rejiminin parametrlərinə nəzarəti təmin edir. GPS sistemindən əlavə olaraq cihaz məlumatları CAN (Controller Area Network) sistemi vasitəsi ilə də ötürür. RS232 və RS485 portlarının eyni anda fəaliyyət göstərə bilməsi sayəsində cihaza 12 ədəd yanacaq səviyyəsini ölçən ötürücünün qoşulması mümkündür, bu isə yanacaq sərfiyyatının yam nəzarətini təmin edir. Bundan əlavə cihaz daxilində 1-Wire interfeysinin mövcud olması idarə etmə tərzinin nəzarəti üçün əlavə qurğuları qoşmaq üçün imkan yaradır. Etibarlı və funksional FM-Pro4 cihazının istifadə edilməsi nəqliyyat vasitəsinin gündəlik istismarında xərcləri azaltmağa və ümumi işgüzar fəaliyyətinin nəticəsini yüksəltməyə icazə verir.

  • Sürücünün idarə etmə tərzinə nəzarət
  • Nəqliyyat vasitəsinin beynindən məlumatın alınması (CAN sistemi)
  • Temperatur rejiminə nəzarət
  • Sürücünün qeydiyyatı və identifikasiyası
  • Mühərrikin uzaq məsafədən bloka salınması
  • Yanacaq sərfiyyatının nəzarəti
  • Yanacaq səviyyəsinin nəzarəti
  • Daxili geozonalar (Internal Geozones)
  • GSM siqnalının müəyyən edilməsi
  • Müxtəlif SMS funksiyalar