Şirkət haqqında

2015-ci ildən başlayaraq Qafqaz NET daxilində, 2017-ci ildən etibarən isə müstəqil şəkildə fəaliyyət göstərən FMS.az şirkəti ən rahat və praktik istifadəyə malik GPS Glonass izləmə sistemini təqdim edir.
Bu naviqator sisteminin vasitəsi ilə siz tam dəqiqliklə nəqliyyatın və daşınan əmlakın hərəkətini, sürətini, keçdiyi məsafəni, temperatur rejimini və digər çoxsaylı göstəriciləri online rejimdə izləyə bilərsiniz.

Sistemin ən əsas üstünlüklərindən biri - yanacaq sərfiyyatı, yanacaq boşaldılması və nəqliyyatın məqsəddən kənar istifadəsi haqqında hesabat təqdim edərək iş prosesini və sürücünün fəaliyyətini nəzarət altında saxlamasıdır.

Belə qısa müddət ərzində fəaliyyət göstərməsinə baxmayaraq FMS.az artıq bir çox əməkdaşlıqlara imza atmış və müştərilərin etibarını qazanmış şirkətdir. Üç il ərzində şirkət tərəfindən sayı 2000-ə çatan nəqliyyat vasitələrinin və daşınan əmlakların daxilinə GPS sistemi quraşdırılmışdır və uğurla öz funksiyalarını yerinə yetirməkdə davam edir.

Tarix

2015-ci ildə Qafqaz Net MMC şirkəti təsis edilmişdir. Dünyanın aparıcı texnoloji şirkətləri ilə əməkdaşlıq edən Qafqaz Net şirkətinin əsas fəaliyyəti IT həllər, proqramlaşdırma, kommunikasiya, təhlükəsizlik xidmətləri, İnternet servis xidmətləri, Coğrafi İnformasiya Sistemlərinin tətbiqi (Nəqliyyatın İzlənməsi Sisteminin, GPS) kimi sahələri əhatə edir.
2017-ci ildə İnformasiya Sistemlərinin tətbiqi (Nəqliyyatın İzlənməsi Sistemi, GPS) sahəsində göstərilən fəaliyyətin genişlənməsi və xidmət spektrinin artırılması nəticəsində FMS.az şirkəti təsis edildi və bu sahədə göstərilən xidmətlər hal hazırda FMS.az şirkəti tərəfindən icra olunur.