Zəmanət Şərtləri

FMS şirkəti bütün məhsullara 12 ay müddətində zəmanət təqdim edir. Əlavə razılaşma nəticəsində zəmanət müddətinin üzadılması barəsində sazişə gələ bilərik. GERİ QAYTARMA PROSESİ Məhsulu geri qaytarmaq üçün əməkdaşlarımızla əlaqə saxlayın. Müraciətinizdən sonra sizə e-poçt vasitəsilə Geri Qaytarma Anketi göndəriləcək. Anketi düzgün doldurub bizə geri yollamalısınız. Məhsulu onun qablaşdırmasına yerləşdirib kassa qəbzi və hesab faktura ilə bilrlikdə Geri Qaytarma Anketində qeyd olunan ünvana yollamalısınız. Məhsul servis mərkəzinə çatdırılan kimi yoxlanılır və zədələrin zəmanətə aid olması təstiqlənən kimi təmirə başlanılır.