FMS şirkəti bütün məhsullara 12 ay müddətində zəmanət təqdim edir. Əlavə razılaşma nəticəsində zəmanət müddətinin üzadılması barəsində sazişə gələ bilərik.
GERİ QAYTARMA PROSESİ
Məhsulu geri qaytarmaq üçün əməkdaşlarımızla əlaqə saxlayın. Müraciətinizdən sonra sizə e-poçt vasitəsilə Geri Qaytarma Anketi göndəriləcək. Anketi düzgün doldurub bizə geri yollamalısınız. Məhsulu onun qablaşdırmasına yerləşdirib kassa qəbzi və hesab faktura ilə bilrlikdə Geri Qaytarma Anketində qeyd olunan ünvana yollamalısınız. Məhsul servis mərkəzinə çatdırılan kimi yoxlanılır və zədələrin zəmanətə aid olması təstiqlənən kimi təmirə başlanılır.
- Cihaz servis mərkəzinə təhvil verildiyi gündən istehsalçı müştəriyə 14 iş günü ərzində tam funksional cihazı qaytarmağa zəmanət verir (təmsilçi vasitəsi ilə göndərilən cihazlar 21 iş günü).
- Satış tarixindən başlayaraq 12 ay ərzində istehsalçı qüsurlu detalların və ya cihazın dəyişdirilməsi yolu ilə (üsulu istehsalçı özü seçir) alıcını tam funksional cihazla təmin etməyinə zəmanət verir.
- Təmirə təqdim edilən məhsullar bilavasitə FMS şirkətindən əldə edilməlidir.
- Mənsullar Geri Qaytarma Anketi göndərilən andan etibarən 30 təqvim günü ərzində FMS şirkətinin ofisinə təqdim olunmalıdır. Əks halda Geri Qaytarma Anketi ləğv olunacaq.
- Zəmanət xidməti məhsulun müştəri tərəfindən yalnış istismarı, istifadə qaydalarına riayət etməməsi səbəbindən yaranan nasazlıqlara şamil olunmur.