Wialon – nəqliyyat vasitələrinin, əməkdaşların və stasionar obyektlərin Belarus istehsalı GPS / Glonass izlənməsi sistemidir. Bugünkü gündə bu sistem 120 ölkədə, 1 000 000-dan çox obyektdə aktiv şəkildə istifadə olunur. Məhz bu səbəbdən biz əminliklə deyə bilərik ki, Wialon sisteminin həll yolları etibarlıdır və bu həqiqət dünya üzrə artıq təsdiq olunmuşdur. Sistemin əsas üstünlüklərindən biri çevik olmasıdır. Digər rəqiblərdən fərqli olaraq Wialon 5 ədəd standart hesabat deyil, sistemi istəyinizə uyğun olaraq dəyişərək hədsiz sayda, yalnız sizin şirkətinizin xüsusiyyətlərinə uyğun hesabat əldə etmək imkanı verir. Wialon asanlıqla sizin işgüzar və biznes proseslərinizə uyğunlaşır, sistemin hesabat “konstruktoru” isə avtoparkın və əməkdaşların işini tez və effektiv şəkildə optimallaşdırmağa kömək edir.
Wialon Local
Wialon Local – nəqliyyatın peyk vasitəsi ilə izlənməsi sisteminin server versiyasıdır. Funksionalın modul quruluşunun sayəsində istifadəçi yalnız biznesinin idarəsində lazım olan imkanları seçə bilir. Sistem yüzdən bir neçə minə qədər obyektə sahib olan operatorlar üçün uyğundur və orta güclü serverlərdə belə quraşdırıla bilər. Platforma idarəsinin intellektual interfeysi isə serverləri uzaq məsafədən belə işə salmağa və dayandırmağa imkan verir.
Cihazın funksional imkanları:
- Obyektlərin online monitorinqi
- Sürücünün idarə etmə tərzinə nəzarət
- Rahat idarəetmə
- Dashboard’da KPI-hesabatı
- Çevik hesabat sistemi
- Marşrutun yönləndirməsi sistemi
- Yanacaq istehlakının hesabatı
- Bildiriş sistemi
- Taxoqraf məlumatları ilə işləmək imkanı
Bu izləmə sistemi müxtəlif avtomobil kontrollerləri, personal və proqram GPS trekerləri üçün uyğundur. Gurtam’ın aktiv şəkildə GPS / Glonass avadanlıqlarının istehlakçıları ilə əməkdaşlıq etməsi yeni cihazların Wialon ilə fasiləsiz inteqrasiya etməsinə imkan verir. Bu isə izləmə sisteminin tamamilə çevik olmasını və istənilən GPS avadanlıqlarını istifadə edən müştərilər üçün əlverişli olmasını təmin edir.